Ötən mövsümü “Qalatasaray”da keçirən Tanquy Ndombele karyerasını Fransada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Nitsa”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Ndombele müqavilə ilə “Tottenhem”ə məxsus idi. O, ötən mövsümdə icarə əsasında “Qalatasaray”da forma geyinib. Ndombele “sarı-qırmızılar”la 26 oyuna çıxıb.