RU

Deşam: “Yaşı çox olsa da, böyük rəqibdir“

style='margin-bottom:10px;'>

Fransa millisinin baş məşqçisi Didye Deşam Portuqaliyaya qarşı keçiriləcək Avro-2024-ün 1/4 final oyunundan danışıb.

QOL.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında bildirib ki, belə matçların taleyi çox vaxt xırda detallara görə həll olunur:

“Hər iki komandada fərq yarada biləcək futbolçular var. Portuqaliya millisində də bizim komandada olduğu kimi çox gözəl futbolçular çıxış edir. Biz Avropanın ən yaxşı komandalarından biriyik. Əminəm ki, bu, vacib oyun olacaq. Tarixən aramızda olan matçlar çox gərgin keçir. Turnirin bu mərhələsində nadir hallarda birtərəfli oyunlar olur.

Əvəzetmə xatirinə əvəzləmələr etmək mənim üslubum deyil. Bəli, həqiqətən də onların çoxunu əvvəllər etməmişəm. Meydanda olan futbolçularda yorğunluq əlaməti yox idi”.

Didye Deşam Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqda da danışıb:

“Ronaldo oyunun nəticəsini həll edə və qol vurmağı bilən oyunçudur. Onda bu keyfiyyət həmişə olub, olacaq da. Yaşı çox ola bilər, amma böyük rəqibdir”.

Qeyd edək ki, Portuqaliya - Fransa oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Избранный
110
1
teleqraf.com

2Источники