RU

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədənqadın saxlanılıb.

Trend xəbər verir ki, DİN BNMİ əməkdaşları tərəfindən Qaradağrayonu ərazisində həyata keçirilən növbəti tədbirlərlənarkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 1997-ci iltəvəllüdlü Nərgiz Məhərrəmova və 1990-cı il təvəllüdlü ElmanƏhmədov saxlanılıblar. Onların üzərindən, habelə N.Məhərrəmovanınsərnişin qismində əyləşdiyi avtomobildən, kuryer şirkətlərindənbirində çalışan E.Əhmədovun çantasından ümumilikdə 27 kiloqramtərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin vənarkotiklərin satışında istifadə olunan elektron tərəziləraşkarlanıb.

İlkin sorğu zamanı saxlanılan şəxslər aşkarlanmış narkotiklərişəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsiləgizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pulqazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarıilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləridavam etdirilir.

Bakıda
Bakıda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
49
az.trend.az

10Источники