RU

Deputat psixologiya mərkəzlərində baş verən özbaşınalıqları nazirin diqqətinə çatdırıb

İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova və İDDO PSP-nin baş psixoloqu Rövşən Nəzərli  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində rəsmi görüşdə olublar. Bu barədə İDDO Psixi Sağlamlıq Proqramının direktoru, millət vəkili Jalə Əhmədova məlumt verib: "Səhiyyə naziri Teymur Musayev ilə görüş zamanı,  ölkədə fəaliyyət göstərən psixologiya mərkəzlərində baş verən özbaşınalıqları, bu sahədəki pərakəndə iş fəaliyyətinin  cəmiyyətə vurduğu zərərləri və s. digər problemləri cənab nazirin diqqətinə çatdırdım. Bununla yanaşı, problemlərin aradan qaldırılması üçün təkliflər planını cənab nazirlə müzakirə etdik.
Baş psixoloq Rövşən Nəzərli İDDO Psixi Sağlamlıq Proqramı haqqında məlumatları iclas iştirakçılarına təqdim edərək bu günə qədər görülən işlər barədə hesabat xarakterli çıxış etdi. 
Nazir Teymur Musayev qeyd edilən  problemlərin Səhiyyə Nazirliyini də narahat etdiyini, bununla bağlı ciddi işlərin görülməsinin vacibliyini vurğuladı.
Görüşdə mövcud problemlərin aradan qaldırılması üçün  cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və yaxın zamanda bu istiqamətdə tədbirlərə start verilməsi,  habelə birgə əməkdaşlıq barədə razılığa gəlindi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
olaylar.az

1Источники