RU

HƏMAS-dan Qəzzada atəşkəs üçün son təşəbbüsə müsbət cavab

HƏMAS-ın xaricdəki Milli Əlaqələr Departamentinin rəhbəri Əli Bereke hərəkatın Qəzzada atəşkəsə zəmanət verən razılaşma əldə etmək cəhdinə "müsbət" cavab verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Bereke son atəşkəs cəhdi və HƏMAS hərəkatının bu məsələyə münasibəti ilə bağlı danşıb.

Bereke deyib: “Həmas və Fələstin müqavimət qrupları Fələstin xalqının tələblərini, xüsusilə daimi atəşkəs, sionist işğalçı ordunun Qəzza zolağından tamamilə çıxarılması, köçkünlərin öz evlərinə qayıtması tələblərini reallaşdıracaq istənilən təşəbbüsə açıqdır.

Hərəkatın Misir və Qətərin atəşkəs üçün yeni təşəbbüslərinə "müsbət cavab verdiyini" ifadə edən Bereke, Fələstin xalqının tələblərini reallaşdıracaq hər hansı təşəbbüsü dəstəklədiyini vasitəçilərə çatdırdığını bildirib.

Bereke, "Həmas hərəkatı olaraq bizim vəzifəmiz işğala qarşı müqavimət göstərmək, torpaqlarımızı azad etmək, ziyarətgahlarımızı bərpa etmək və Fələstin xalqımızı müdafiə etmək üçün çalışmaqdır. Əgər yeni təşəbbüs Fələstin xalqına qarşı təcavüzə son qoysa və işğalın geri çəkilməsini təmin edərsə. Ordu, bunu müsbət qarşılayacağıq” dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
126
turkustan.az

1Источники