RU

Ermənistanda Pezeşkian qorxusu: Səfir İrəvanı sakitləşdirdi

İranın Ermənistanla bağlı siyasəti prinsipialdır. Bizim siyasətimiz qonşularımızla, o cümlədən Ermənistanla əməkdaşlığı inkişaf etdirmək və genişləndirməkdən ibarətdir.

Yenisabah.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.

Prezidentliyə namizədlərdən biri olan Pezeşkianın milliyyətcə azərbaycanlı olması ilə bağlı iradlara cavab olaraq Sobhani deyib:

“Əsas siyasətimiz hökumətlərin dəyişməsi ilə dəyişmir. Bütün prezidentliyə namizədlər öz çıxışlarında qonşu dövlətlərlə, o cümlədən Ermənistanla münasibətlərin inkişafı üçün qəbul edilmiş kursu vurğuladılar. 

İranın çox böyük əhalisi var və ölkədə müxtəlif xalqların nümayəndələri yaşayır, lakin bu, Tehranın yürütdüyü prinsipial və milli siyasətə təsir edə bilməz. Hamısı belə düşünür və belə davranır”.

Səfir əmin edib ki, İran Ermənistanın dostu olub, dostdur və dostu olaraq qalacaq. “Ermənistan Respublikası ilə münasibətlər yeni hökumət çərçivəsində inkişaf etməyə davam edəcək. Hər bir ölkənin prinsipial siyasəti milli və qarşılıqlı maraqlara əsaslanır. Bu prinsip dəyişmir”, - deyə səfir fikrini yekunlaşdırıb.


Telegram kanalımız
Избранный
91
50
yenisabah.az

10Источники