RU

Türkiyənin 16 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 45 nəfər saxlanılıb

Türkiyənin

Ankara, 5 iyul, AZƏRTAC

Türkiyənin hüquq-mühafizə orqanları İŞİD terror təşkilatı ilə əlaqələri olan şəxslərin saxlanılması üzrə genişmiqyaslı əməliyyat həyata keçirib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “Bozdoğan” kod adı ilə aparılan əməliyyat çərçivəsində saxlanılan şəxslər barəsində məlumatı özünün sosial şəbəkələrdəki səhifəsində paylaşıb.

Türkiyə DİN-in rəhbəri qeyd edib ki, əməliyyat ölkənin 16 vilayətini, o cümlədən İstanbul, Ankara, İzmir, Kayseri, Konya və Antalyanı əhatə edib. Polislər 45 şübhəlini saxlayıblar.

Ali Yerlikaya yazıb: “Bizim əsas məqsədimiz qanlı təşkilatlarla əlaqəsi olan son nəfərin də zərərsizləşdirilməsi ilə nəticələnəcək terrorizmlə mübarizədir. Cinayətkarlığa qarşı mübarizədə göstərdiyi səylərə polisə görə təşəkkür edirəm”.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
161
1
azertag.az

2Источники