RU

Baydenin çətin sınağı: Növbəti 48 saat ərzində…

Növbəti 48 saat ABŞ prezidenti Co Baydenin televiziya debatının uğursuzluğundan sonra onun siyasi karyerası üçün həlledici olacaq.

Medianews.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, iyulun 5-də Bayden ABC telekanalına müsahibə verməyi planlaşdırır və bu, prezident üçün son debatdan daha çətin olacaq.

Nəşr vurğulayır ki, ABŞ liderinin hər bir ictimai çıxışı indi səhv addımlar və ya zəiflik əlamətlərinə görə qiymətləndiriləcək.

Qeyd edildiyi kimi, uğursuzluqdan sonra Bayden siyasi karyerasını xilas etmək üçün “ümidsizcə mübarizə aparır”. Lakin tənqid dalğası, o cümlədən demokratlar və partiya donorları arasında getdikcə güclənir və getdikcə daha çox insan prezidentin keçmiş dövlət başçısı Donald Trampı məğlub edə biləcəyinə şübhə ilə yanaşır. Nəşrin məlumatına görə,

Baydenin uğursuzluğundan sonra axmaq, zəif və var gücü ilə mübarizə aparan prezident obrazı debatı 50 milyon izləyicinin beyninə həkk edib.

Ayşən

Избранный
76
medianews.az

1Источники