RU

Azərbaycan Hərb Tarixi Muzeyində “Şəhidləri tanıyaq və tanıdaq” adlı anım tədbiri keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Azərbaycan Hərb Tarixi Muzeyində “Təşəbbüs” qrupu ilə birgə “Şəhidləri tanıyaq və tanıdaq” adlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri, birinci və ikinci Vətən müharibələrində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbirində muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin “Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda döyüşlərdə düşmən qarşısında yenilməzliyi” adlı məruzəsi, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyevanın, Qazilər İctimai Birliyinin sədri Ədalət Məhərrəmovun və şəhid ailələrinin çıxışları dinlənilib.

Anım tədbirində şəhidlərə həsr olunmuş videorolik göstərilib.

Tədbirin bədii hissəsində hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
1
azertag.az

2Источники