RU

"Zirə"nin rəqibi futbolçusu ilə yollarını ayırdı

"Zirə" klubunun UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

"Operativ Media" xəbər verir ki, Moldova təmsilçisinin brazilyalı mərkəz yarımmüdafiəçisi Ramon Vinisius Dos Santos klubu tərk edib. O, karyerasına Türkiyə 1-ci liqası komandası olan "Keçiörengücü"ndə davam etdirəcək.

Qeyd edək ki, "Şerif"lə "Zirə" arasındakı ilk matç iyulun 11-də Moldovada, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
operativmedia.az

1Источники