RU

“Raxitlik adətən məktəbəqədər olan dövrdə ortaya çıxır“- Pediatr

"D vitamini çatışmazlığı və raxitlik xəstəliyi"

Uzman Pediatr Elşad Şıxəliyev mövzu ilə bağlı news365.az-a danışıb. 

"Hər D vitamini çatışmazlığı raxitlik olmadığı kimi hər raxitliyin altında D Vitamini çatışmazlığı axtarmaq lazım deyil. Raxitlik adətən məktəbəqədər olan dövrdə ortaya çıxır. Simptomlar daha çox ailələrin gözləmədiyi sümük sistemində olan problemdir. Alın sümüklərində genişlənmə, dişlərdə çürümə, ayaqda içəri və ya çölə olan əyrilikləri ailələr müşahidə edib, bizə müraciət edirlər. Bunların müalicəsi hər zaman D vitamini çatışmazlığı çıxmır, başqa səbəblər də ola bilər"- deyə həkim vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
news365.az

1Источники