RU

"O, dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir" - Gündoğan

style='margin-bottom:10px;'>

Almaniya millisinin kapitanı İlkay Gündoğan İspaniya yığmasının futbolçuları Rodri və Lamin Yamal barədə fikirlərini bildirib.

QOL.az xəbər verir ki, İspaniyaya qarşı bu gün keçiriləcək Avro-2024-ün oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Gündoğan hər iki oyunçu haqda suala belə cavab verib:

"Rodrinin "Mançester Siti"dəki ilk mövsümünü xatırlayıram. Məşqdə o, Pep (Qvardiola - red.) ilə 45 dəqiqədən bir saata qədər əlavə işləyirdi. O, futbolza uzun məsafət qət edib və çox şey öyrənib. Fikrimcə, Pedri dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir. Belə bir futbolçunu tam 90 dəqiqə "bağlamaq" mümkün deyil, amma onun işini çətinləşdirməyin yolları var".

İlkay Gündoğan Lamin Yamal haqda isə deyib: "O, 16 yaşlı bir gənc üçün uzun bir yol qət edib. Əgər mənim də 16 yaşıma nəzər salsanız görərsiniz ki, Yamal tamam başqa səviyyədədir. O, necə futbol oynayır, hansı risklərə gedir... Yamal İspaniya və "Barselona" üçün çox vacib oyunçudur. Mən ona həqiqətən hörmət edirəm".

Qeyd edək ki, İspaniya - Almaniya oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
teleqraf.com

1Источники