Aİ iyulun 4-dən etibarən Çindən elektriklə işləyən avtomobillərə ilkin müvəqqəti idxal rüsumları tətbiq edəcək.
Bu barədə Aİ-nin bəyanatında deyilir:
"Seçilmiş üç Çin istehsalçısına tətbiq edilən fərdi rüsumlar bunlardır: BYD: 17,4%; Geely: 19,9%; SAIC: 37,6%".
"İstintaqda əməkdaşlıq edən, lakin nümunəyə daxil edilməyən digər elektrik avtomobil istehsalçıları 20,8%, araşdırmada əməkdaşlıq etməyən şirkətlərə isə 37,6% orta çəkili rüsum tətbiq edilir."
Mənbənin verdiyi məlumata görə, yeni rüsumlar “uzun illərdir qüvvədə olan 10%-ə əlavə olunacaq, çünki söhbət subsidiyalarla bağlı rüsumlardan gedir”. Bu praktikada o deməkdir ki, Aİ-də bəzi Çin elektrik avtomobilləri üçün idxal rüsumları 50%-ə qədər ola bilər.
Ülviyyə, Hurriyyet.az