RU

Qırğızıstanda dövlət çevrilişinə hazırlaşanlar saxlanılıb – FOTO

Qırğızısında 5 nəfər çevrilişə hazırlıq səbəbilə həbs edilib.

Avtosfer.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərinin Oktyabr rayonunda dövlət çevrilişinə hazırlaşan dəstə üzvləri saxlanılıb. Araşdırmalar nəticəsində onların yaşadıqları evdə çevrilişə hazırlıq məqsədilə əldə edilən kustar üsulla hazırlanan partlayıcı qurğular, xeyli sayda silah-sursat, qoruyucu jiletlər, hüquq-mühafizə orqanlarına aid uniformalar və texniki vasitlər aşkarlanıb.

Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti yerli mediaya, “Qırğızıstan kəşfiyyat orqanları ölkədə iqtidarı zorla ələ keçirmək cəhdinin qarşısını alıb” başlığı ilə məlumat verib. Açıqlamada saxlanılan şəxslərin dini-fanatik idealogiyanın tərəfdarı olduğu vurğulanıb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Səfər Əlizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
2
avtosfer.az

3Источники