“Moskvaya səfərimin məqsədi sülh missiyasını davam etdirməkdir”.
Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban X sosial şəbəkəsindəki hesabında yazıb.
“Sülh missiyası davam edir. Növbəti dayanacaq Moskvadır”, – Orban qeyd edib.
Orban Rusiya paytaxtına bu gün gəlib. Macarıstan Baş nazirinin Moskvaya gəlişi barədə onun mətbuat katibi Bertalan Havaşi məlumat verib. O bildirib ki, Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır. Söhbət zamanı Baş nazir Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edəcək.
Azpost.info