"İşğaldan azad edilmiş ərazilərdə mütəmadi monitorinqlər aparırıq. İşəgötürənlərlə bağlı hər hansı uyğunsuzluq aşkarlananda onlara müvafiq xəbərdarlıqlar edirik".
Bunu əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, "DOST" müfəttiş layihəsinin təqdimatı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Onun sözlərinə görə, işəgötürənlərin sözügedən ərazilərə işə cəlb etdikləri şəxslərlə həmin gün əmək müavilələri bağlaması vacibdir:
"Əks halda uyğunsuzluq olur. Bəzən işçilərlə işə başlayandan sonra əmək müqavilələri bağlanır. Bu kimi hallara yol verilməməsi üçün işəgötürənlərə müraciət edirik ki, diqqətli olsunlar.
Eyni zamanda, qarşıda duran hədəflərə uyğun olaraq bir sıra yeniliklər gözlənilir. 2016-cı ildən başlayaraq əmək müqaviləsi bildirişləri nazirliyin əmək müqaviləsi bildirişlərin altsistemində yerləşdirilir.
Əmək münasibətlərinin sağlamlaşdırılması üçün yaxın zamanlarda əmək bildirişləri deyil, əmək müqavilələrinin birbaşa özünün altsistemə daxil edilməsi, qeydə alınması həyata keçiriləcək.
Əmək Müfəttişliyi Xidmətinin məqsədi heç bir halda işəgötürənlərin cəzalandırılması deyil. Onlarla birgə əməkdaşlıq etmək və işəgötürənlərin hüquqlarının qorunmasını təmin etməkdir. Biz qanunla işəgötürülən şəxslərin hüquqlarını pozan işəgötürənlər barəsində hüquqi müstəvidə tədbir görülməsini təmin etmişik".
Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilər minalı zona olduğu üçün oraya polisin icazəsi ilə gedilir:
"İcazə isə işə qəbul olunmaq üçün keçirilir. Lakin bəzən sistemdə görünür ki, bir şəxs iş üçün icazə alıb əraziyə keçib, lakin əmək müqaviləsi yoxdur. Bu da sistemdə inteqrasiya olunub.
Yaranan vəziyyəti Əhalinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi görür və uyğunsuzluq aşkar edirlər. Bu zaman işəgötürənlərə xəbərdarlıq edirlər. İşəgötürənlər ola bilsin ki, işçini yoxlayıb əmək müqaviləsi bağlamaq, yaxud da əmək müqaviləsi olmadan işə cəlb etmək istəyirlər. Lakin bu da dərhal sistemdə əks olunur.
Bu halda Dövlət Əmək Müfəttişliyinin hüququ yaranır ki, işəgötürənə müəyyən sanskiyalar tətbiq etsin. Məqsəd burada cəza deyil, insanlar xüsusi riskli ərazilərə gedir, istehsalarda bədbəxt hadisələr yaşana bilər. Nazirlik də buna cavabdeh olan qurum kimi əmək münasibətlərini rəsmiləşdirmək istəyir ki, problem yaranmasın". / "Cebhe.info"
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта