RU

Almaniyadan olan üçüncü Patriot Ukraynaya çatıb

Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer X sosial şəbəkəsindəki səhifəsində Almaniyanın üçüncü “Patriot” hava hücumundan müdafiə sistemini Kiyevə köçürdüyünü yazıb.

Editor.az xəbər verir ki, kompleksin ekipajı artıq Almaniyada təlim keçib. Daha əvvəl məlumat verilmişdi ki, Bundestaqın Büdcə Komitəsi dörd yeni “Patriot” zenit-raket kompleksləri (SAM) və onlar üçün raketlərin sifarişini təsdiqləyib. Bu barədə isə Almaniya Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Almaniya Sosial Demokrat Partiyasının (SPD) büdcə və müdafiə məsələləri üzrə müavini Andreas Şvarts vurğulayıb ki, dörd kompleksin alınması Almaniya xəzinəsinə 1,4 milyard avroya başa gələcək. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski müdafiə naziri Rustem Umerova ABŞ-ın Ukraynaya Patriot sistemlərinin tədarükü üçün konkret tarixlər tapmağı tapşırmışdı.

//Gülnarə Abasova, Editor.az

Избранный
187
editor.az

1Источники