RU

Almaniyadan Kiyevə daha bir jest - Üçüncü “Patriot“ Ukraynaya çatdırılıb

Ukrayna artıq Almaniyadan üçüncü “Patriot” zenit-raket kompleksini alıb.

News365.az xəbər verir ki, bu barədə Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer "X" şəbəkəsində məlumat verib.

“Almaniyadan üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi artıq Ukraynaya gəlib. O, ölkə əhalisinin və infrastrukturunun təyyarələrdən, dronlardan və raketlərdən müdafiəsini gücləndirəcək", - səfir yazıb.

Səfir onu da əlavə edib ki, Patriot sistemi ilə işləyəcək Ukrayna ekipajı son aylarda Almaniyada müvafiq təlimləri uğurla başa vurublar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
47
news365.az

10Источники