RU

Çinin əyalətləri Azərbaycanın regionları ilə fəal əməkdaşlıq edir

Çinin

Bakı, 5 iyul, AZƏRTAC

Çin hökuməti Azərbaycan vətəndaşlarının ölkəyə girişinin sadələşdirilməsi istiqamətində görüləcək tədbirləri araşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev birtərəfli qaydada Çin vətəndaşları üçün bir il müddətinə vizasız rejim tətbiq etmək qərarına gəlib. Çin, həmçinin Azərbaycan vətəndaşlarının ölkəyə girişini asanlaşdırmaq üçün müvafiq tədbirləri araşdıracaq. Əminəm ki, birgə səylər sayəsində ölkələrimizin sakinləri turizm və bizneslə məşğul olmaq, təhsil almaq üçün daha tez-tez səyahət edəcəklər. Bu imkanlar daha əlçatandır və çoxalır”, -deyə diplomat bildirib.

O xatırladıb ki, İpək Yolu tarixən Azərbaycan və Çini birləşdirir.

Diplomat əlavə edib: “İki ölkə arasında humanitar əməkdaşlıq çox yaxşı dinamikaya malikdir. Birincisi, insanlar arasında sıx əlaqələr var. Hazırda Bakı, Pekin və Urumçi arasında həftədə 5 uçuş həyata keçirilir. Azərbaycan hökuməti Çin vətəndaşlarının ölkəyə gəlməsi üçün yaxşı şərait yaradır.

Eyni zamanda, Çin dili və mədəniyyəti Azərbaycanda getdikcə populyarlaşır. Çində təhsil Azərbaycan gəncləri üçün prioritetə çevrilib. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Çində, Çin Sosial Elmlər Akademiyasının, Beynəlxalq Münasibətlər Elmi İnstitutunun rəhbərləri, Sinxua, Pekin Xalq və Hebey Pedaqoji universitetlərinin müəllimləri də Azərbaycanda səfərdə olublar”.

Din Tao Çinin regionları ilə Azərbaycanın əməkdaşlığının da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Hazırda Çinin Sıçuan, Şansi, Szyansu əyalətləri, Şanqdu şəhəri Azərbaycanın regionları ilə fəal əməkdaşlıq edir. Şəhərlər arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılması istiqamətində də işlər aparılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
azertag.az

1Источники