RU

Təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna BAŞLANILDI

Bakı. Trend:

2024-2025-ci tədris ilinin payız semestri üzrə təhsil tələbəkreditlərinə müraciətlərin qəbuluna start verilir.

Təhsil Tələbə Kredit Fondundan Trend-ə verilən məlumata görə,tələbələr 9 iyul tarixindən başlayaraq https://e-ttkf.edu.az/ portalına daxil olaraqTTK-dan yararlana bilərlər.

Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərəndövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsininbakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura(rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsilipilləsinin texniki peşə və yüksək texniki peşə təhsilisəviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan vəəvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan AzərbaycanRespublikasının vətəndaşları təhsil tələbə kreditinə müraciət edəbilərlər.

Qeyd: DİM tərəfindən 2024/2025-ci tədris ili üçün keçirilənmüsabiqənin nəticələrinə əsasən ali təhsil pilləsinin magistraturatəhsil səviyyəsinə qəbul olunmuş şəxslər portal.edu.az vasitəsilə təhsil müəssisəsindətələbə qeydiyyatı prosesini həyata keçirən zaman paralel olaraqtəhsil tələbə kreditinə də müraciət edə biləcəklər.

Məqalədə:
Избранный
131
24
az.trend.az

10Источники