RU

Putindən son QƏRAR: Rusiya-Ukrayna cəbhəsində dondurulmuş SSENARİ - ŞƏRH

Putindən son QƏRAR: Rusiya-Ukrayna cəbhəsində dondurulmuş SSENARİ - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Kiyev öz mövqeyini yaxşılaşdırmaq üçün atəşkəsdən istifadə edə bilməz. O bildirib ki, Ukrayna ilə sülh danışıqları başlayana qədər təmas xəttində atəşkəs mümkün deyil. Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna arasında Ərdoğanın vasitəçi ola bilməyəcini vurğulayıb. Belə ki, Kiyev Rusiya ilə vasitəçili və ya vasitəçisiz istənilən danışıqlardan imtina edir. Eyni zamanda Ukrayna Rusiya prezidentinin təqdim etdiyi sülh planını da qətiyyətlə rədd edib. Belə olan təqdirdə Rusiya-Ukrayna müharibəsi hansı hallarda sonlana bilər?

Mövzunu Sonxeber.az-a şərh edən Asif Nərimanlı deyib ki, Ukrayna müharibəsi bir neçə ssenari üzrə bitə bilər. Bunlardan biri odur ki, tərəflərdən biri tamamilə qalib gəlir:

"Bu ehtimal çətin görünür. Bütün qərbin Ukraynaya verdiyi dəstəyə baxmayaraq cəbhədə Ukrayna ordusu istənilən nəticəni əldə edə bilmədi. Bundan sonrakı dövrdə bu çətin görünür. Çünki Rusiya böyük ölçüdə tutduğu ərazilərdə möhkəmlənə bilib. Bu artıq mövqe müharibəsinə gətirib çıxarır. Bu Rusiyanın əlini gücləndirən məqamlardan biridir. Ukraynanın istənilən əks-hücumu zamanı müdafiə olunmaq bacarığı var. Bu o deməkdir ki, Ukraynanın bundan sonrakı dövrdə qalıb gələcəyi çətin görünür. Amma Rusiyanın tamamilə qalib gələcəyi ehtimallar azdır. Çünki qərbdə anlayır ki, Rusiyanın qalib gəlməsi onun güclənməsinə gətirib çıxaracaq. Bu müharibənin tərəflərdən birinin qalib gələcəyi ssenarisi çətindir".

Siyasi şərhçinin sözlərinə görə, burada ikinci bir ssenari kimi qərbin tamamilə Ukraynadan dəstəyi kəsməsi ola bilər: "Bu da çətin görünür. Ukraynadan dəstək tamamilə kəsildiyi halda, Rusiyanın tələbləri ilə ikitərəfli formatda müəyyən bir sülh sazişi imzalana bilər. Müharibənin ilk dövründə biz bunu görürdük. İstanbul müzakirəsində mümkün variantlardan biri bu idi ki, Ukrayna Rusiyanın bütün şərtlərini qəbul edir və müharibə dayanır. Həmin dövrdə bu baş tutmadı. Bu ssenari çətin görünsə də mümkün variantlardan biridir. Xüsusən qərbdə bununla bağlı kollektiv bir mövqe yoxdur. Ukrayna müharibəsi uzandığı müddətdə qələbə ilə bağlı müəyyən problemlər yaranır. Amerikada keçiriləcək seçkilərində buna təsiri ola bilər. Əgər demokratlar-xüsusilə Tramp hakimiyyətə gələrsə bu Rusiyanın xeyrinə ola bilər. Bu da proseslərin inkişafından asılıdır".

Asif Nərimanlı bildirib ki, ümumi olaraq Rusiya-Ukrayna müharibəsinin praktiki olaraq başa çatması uzunmüddətli müharibədən sonra tərəflərin böyük ölçüdə mövqe müharibəsinə çevrilməsidir:

"Əsasən bu dondurulmuş münaqişələrdə baş verir. 2014-cü il Krımın və Donbasınn bir sıra ərazilərinin işğalından sonra bu mövqe müharibəsi davam edirdi. Bu dondurulmuş münaqişə ssenarisi idi. Bu halda tərəflər heç bir hücuma keçmədən danışıqlar masasında müzakirə edirdilər. Cəbhədə müəyyən atışmalar və qarşıdurmalarda yaşanır. Bu inandırıcı bir ehtimaldır. Çünki bu halda tərəflərdən heç biri uduzmur. Amma müharibə aktiv fazadan passiv fazaya keçir. Mövqe müharibəsi ilə yanaşı, dondurulmuş vəziyyətə düşür. Bir çox ekspertlər bunun baş verməyəcəyini düşünsə də, indiki halda yaxın dövr üçün mümkün variant görünmür. Əlavə olaraq qərb Ukraynanı məcbur edə bilər ki, Rusiya ilə mümkün danışıqlara getsin".

Sevda Səfərova

Избранный
148
sonxeber.az

1Источники