RU

Ronaldo: “Biz həmişə var olmuşuq, varıq və var olacağıq”

Portuqaliya millisini kapitanı Kristiano Ronaldo AÇ-2024-ün 1/4 finalında Fransa yığması ilə oyun ərəfəsində çağırış edib.

Arena.az məlumat verir ki, portuqal ulduz hər oyun ərəfəsində olduğu kimi, bu dəfə də adəti üzrə özünün sosial şəbəkə hesabları üzərindən ilhamlandırıcı çağırış ünvanlayıb:

“Biz həmişə var olmuşuq, varıq və var olacağıq. İnanın mənə”, – Ronaldo Portuqaliya yığmasının azarkeşləri ilə çəkdirdiyi şəkli şərh edərək, paylaşıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/4 final mərhələsinin Portuqaliya – Fransa oyunu bu gün, iyulun 5-də Hamburqun “Folksparkştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Vurğulayaq ki, Ronaldo ardıcıl olaraq işitrak etdiyi 6-cı – cari Avropa çempionatında hələ qol hesabını açmayıb. Portuqal ulduzun hesabında 1 məhsuldar ötürmə və oyunsonrası penaltilər silsiləsində dəqiq yerinə yetirdiyi 1 penalti var.

Göründüyü kimi, Fransa yığması ilə qarşıdakı oyun Ronaldo başda olmaqla, Portuqlaiya yığması üçün böyük sınaq – ya uğur ya da acı xatirə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
arena.az

1Источники