RU

AzTU ilə Milli Aerokosmik Agentliyi arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Milli Aerokosmik Agentliyi (MAKA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və MAKA-nın baş direktoru Natiq Cavadov imzalayıblar.

AzTU-nun Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, sənədə əsasən, tərəflər müdafiə təyinatlı məhsulların yaradılmasının elmi-texniki və texnoloji problemlərini əhatə edən yeni mövzuların yazılması, o cümlədən universitet-sənaye işbirliyi istiqamətində əməkdaşlıq edəcəklər.

Bundan başqa, tələbələrin MAKA-nın bazasında istehsalat təlimi və təcrübəsi keçmələri, elmi-tədqiqat işlərinin aparılması, MAKA-nın aparıcı mütəxəssislərinin AzTU-da tədris prosesinə, AzTU-nun professor-müəllim heyətinin isə MAKA-da elmi-tədqiqat, təcrübi-konstruktor və texnoloji layihələrin icrasına cəlb edilməsi nəzərdə tutulub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1

5

Избранный
88
poliqon.az

1Источники