...“Milli Assosiasiya” parlament fraksiyasının lideri Marin Le Pen bildirib ki, seçkilərdə qalib gəlsə, onun sağçı müxalifət partiyasından olan baş nazir Fransa hərbçilərinin Ukraynaya göndərilməsinə mane olacaq.
...Əgər Emmanuel Makron Ukraynaya qoşun göndərmək istəsə və baş nazir buna qarşıdırsa, o zaman ora qoşun göndərilməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Le Pen bunu CNN telekanalına müsahibəsində deyib.
...Son söz baş nazirindir.
Le Pen qeyd etdiyi kimi, “Milli Assosiasiya”dan olan hökumət başçısı da Kiyevə Rusiya ərazisinə zərbələr endirmək üçün Fransanın uzaqmənzilli silahlarından istifadə etməyə icazə verməyəcək.
Daha əvvəl Le Pen Le Telegramme-ə verdiyi müsahibədə demişdi ki, “Fransa prezidentinə həvalə edilmiş Ali Baş Komandan titulu şərəflidir, çünki dövlət xəzinəsinə nəzarət edən ölkənin baş naziridir”.
Onun sözlərinə görə, Makron hökumətin mövqeyinə zidd olaraq Ukraynaya qoşun göndərə bilməyəcək.
Əli Babayev