RU

"Xəbərdarlıq etmədən, tikinti şirkəti evimizi sökür'' - İDDİA və CAVABVİDEO

''Heç bir xəbərdarlıq etmədən, tikinti şirkəti evimizi sökməyə başladı''.

Bu iddia ilə paytaxt sakini Nəriman Nəcəfzadə ''Xəzər Xəbər''ə danışıb.

Onun sözlərinə görə, ''Deluxe Residence'' MTK paytaxtın Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsində 15 mərtəbəli bina inşa etmək üçün onların yaşadığı ərazidəki fərdi evlərin sahibləri ilə razılığa gəlib. Amma bəzi sakinlər razılığa gəlməyib

Söküntü zamanı ev sahibi dərhal Daxil İşlər Nazirliyinin 102-i xidmətinə məlumat verib. Ərazi üzrə polis bölməsinin əməkdaşları gələrək söküntü işini dayandırıblar.

Həmin vaxt evdə olan Nərmin Əmirova iddia edir ki, söküntü zamanı evləri qəzalı vəziyyətə düşüb.

Səslənən iddiaların doğru olub-olmadığını öyrənmək üçün ''Deluxe Residence'' MTK-a getdik. Şirkətin hüquqşünası Tərlan Əliyev bildirdi ki, həmin evin sahibi ilə 7 ay əvvəl razılığa gəliblər, hətta müqavilə də imzalayıblar. Amma buna baxmayaraq, onlar evlərini tərk etmirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev deyir ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
xezerxeber.az

1Источники