RU

Hakerlər “ChatGPT”nin gizli texnologiyalarını oğurlayıblar


Hakerlər “OpenAI”ı yaradan “ChatGPT” şirkətindən süni intellekt texnologiyalarının inkişafı ilə bağlı məlumatları özündə əks etdirən gizli texnologiyaları oğurlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət “OpenAI” əməkdaşlarının ən son texnologiyaları müzakirə etdiyi daxili onlayn forumun sındırılmasından gedir.
Hadisə 2023-cü ildə baş verib. Daha sonra şirkət rəhbərliyi həm əməkdaşlara, həm də şirkətin direktorlar şurasına qarşı kiberhücum barədə məlumat verib. Lakin xəbəri ictimaiyyətə yaymamaq barədə qərar qəbul olunub. Bu addıma səbəb kimi isə müştərilər və ya tərəfdaşlar haqqında məlumatların oğurlanmaması göstərilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
82
1
yeniavaz.com

2Источники