RU

Samsung qatlanan Galaxy Z Fold6 smartfonunun nazik və daha böyük versiyasını hazırlayıb

Samsung qatlanan Galaxy Z Fold6 smartfonunun nazik və daha böyük versiyasını hazırlayıb




Samsung şirkəti qatlana bilən Galaxy Z Fold6 Slim smartfonunun istehsal cədvəlini rəsmən təsdiqləyib. Bu barədə Cənubi Koreyanın “The Elec” nəşri məlumat yayıb.Mənbəyə görə, cihaz 2024-cü ilin dördüncü rübündə bazara çıxacaq və Samsung ilin sonuna qədər 500 min ədəd Z Fold6 Slim buraxmaq niyyətindədir. Smartfon məhdud sayda ölkədə, o cümlədən Çində satışa çıxarılacaq.Samsung Galaxy Z Fold6 Slim 6,5 düymlük xarici və 8 düymlük daxili ekrana sahib olacaq ki, bu da onu Z Fold seriyasındakı ən böyüyü edir. İyulun 10-da təqdim olunacaq əsas modelin müvafiq olaraq 6,3 düym və 7,6 düymlük ekranlar təklif edəcəyi şayiələr var. Üstəlik, Slim prefiksli yeni versiya Z Fold6 ilə müqayisədə daha incə və təkmilləşdirilmiş xüsusiyyətlərə malik olacaq. Z Fold6 Slim və əsas model arasındakı digər fərq, özəl S Pen stilusuna dəstəyin olmamasıdır.Görünür, Samsung bu addımı aparat və ölçü baxımından daha maraqlı olan qatlanan smartfonlar təklif edən Çin istehsalçılarının rəqabəti səbəbindən atıb.Mənbə: Autotech

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
125
6
patrul.az

4Источники