RU

Macarlara meydan oxudu: "Bunu edə bilsək, sonda sevinən tərəf biz olacağıq"

"Sumqayıt" bu il ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

"Kimyaçılar"ın ikinci mərhələdəki rəqibi hamımıza yaxşı tanış olan "Fehervar" klubudur.

Belə ki, Macarıstan təmsilçisi 2021/22 mövsümü "Qəbələ"yə rəqib olmuş və iki görüşün cəmində 5:3 (4:1, 1:2) qalib gələrək mərhələ adlayan tərəf olmuşdu.

"Qırmızı qaralar"ın qollarından birinin müəllifi, digərinin məhsuldar ötürməsini etmiş Rövlan Muradov bu gün "Sumqayıt"ın şərəfini qoruyur.

Maraqlıdır, iki il əvvəlki "Qəbələ", yoxsa bugünkü "Sumqayıt" daha güclü heyətə sahibdir?

Muradovun suala cavabı belə oldu:

"Qəbələ"də iki ilə formalaşan sabit heyətimiz vardı. Hər kəs bir-birinə uyğunlaşmışdı. Amma "Sumqayıt"da mövsümün sonu ayrılan futbolçular oldu.

Amma inam ən yüksək həddə olmalıdır. Komandada hər bir şəxs uğura inanmalıdır. Düşünürəm ki, bunu bacarsaq və imkanlardan maksimum istifadə edə bilsək sonda sevinən tərəf biz olacağıq".

XANOĞLAN

Избранный
75
sportinfo.az

1Источники