RU

Qatlana bilən Honor Magic V3-ün bütün gövdə rənglərində fotoları təqdim edilib

     Honor şirkəti öz yeni qatlana bilən smartfonu olacaq Honor Magic V3-ü 12 iyul tarixində təqdim edəcək. Təqdimata az müddət qalmış şirkət sözügedən smartfonun əldə edəcəyi bütün gövdə rənglərində fotolarını təqdim edib. Fotolara əsasən Honor Magic V3 smartfonu bazara 4 gövdə rəngində satışa çıxacaq. Qara, ağ, yaşıl və çəhrayı. Smartfonun qara, ağ və yaşıl gövdə rənglərinə sahib versiyaları şüşə material ilə əhatə olunmuş arxa paneli, çəhrayı gövdə rənginə sahib versiyası isə süni dəri ilə əhatə olunmuş arxa paneli əldə edəcək. Qeyd etmək lazımdır ki, Honor Magic V3 bazarın ən nazik və yüngül qatlana bilən smartfonu olmalıdır. Belə ki, onun qalınlığı 10 mm-dən az, çəkisi isə 230 qramm-dan az olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
107
technote.az

1Источники