RU

Böyük Britaniyanın yeni baş naziri Zelenskiyə söz verib

...Ukrayna lideri Vladimir Zelenski Böyük Britaniyanın yeni baş naziri Key Starmerlə telefon danışığı apardığını bildirib. O, Telegram kanalında qeyd edib ki, söhbət zamanı tərəflər Kiyevə Londondan yardımın davam etdirilməsini müzakirə ediblər.

...Böyük Britaniyanın Ukraynaya dəstəyinin prinsipcə dəyişməz qalacağına dair əminliyə görə Key Starmerə minnətdaram. Biz NATO-nun Vaşinqtonda keçirilən sammitindən və digər beynəlxalq tədbirlərdən əvvəl mövqeləri razılaşdırdıq, ikitərəfli əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə etdik.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Zelenski yazıb.

O əlavə edib ki, Kiyev və London arasında gündəmdə yüz illik tərəfdaşlıq sazişinin hazırlanması var. Eyni zamanda, 2024-cü ilin əvvəlində tərəflər on il müddətinə hərbi əməkdaşlığı nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb.

Xatırladaq ki, Starmer iyulun 5-də Leyboristlər Partiyasının parlament seçkilərində hakim Mühafizəkarlar Partiyası üzərində inamlı qələbəsindən sonra Böyük Britaniyanın yeni baş naziri olub.

Müxalif Leyboristlər Böyük Britaniyanın qanunverici orqanının aşağı palatasında 400-dən çox yer qazanaraq baş nazir kürsüsü və hökumət qurmaq imkanını təmin ediblər.

Əli Babayev

Избранный
62
sia.az

1Источники