RU

Türkiyə bayrağını yandıran şəxsin ÜZR VİDEOSU yayııldı

Türkiyə kəşfiyyatı Suriyada baş verən nümayişlər zamanı ölkə bayrağını təhqir edən şəxsi Suriyanın Əl-Bab şəhərində tapıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumatlar yayılıb.

Bayrağı təhqir edən suriyalı gənc əməlindən peşiman olduğunu bildirib: “İlk növbədə türk xalqından və Türkiyə dövlətindən üzr istəyirik. Türk ordusu hər zaman bizimlə olub. Türkiyə hökumətindən bir daha üzr istəyirəm”.

Qeyd edək ki, suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyədə etirazlar başlayıb. Buna cavab olaraq isə bu gün Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb. Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli türkyönlü hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar.
 

Bizim.Media
Избранный
165
3
bizim.media

10Источники