RU

Sən demə qarpız...

Qarpızın sağlamlığa yeni faydası ortaya çıxdı

Yay aylarının ən sevilən meyvələrindən olan qarpız təbii şəkər tərkibli və təravətvericidir. Mütəxəssislərin yeni açıqlamalarına görə qarpız həm də bədənin elektrolit balansını qoruyur.

Təxminən 20 ildir ki, endemik bitkilər kimi təbii kənd təsərrüfatı məhsulları ilə bağlı araşdırmalarını davam etdirən Hakan Başlık bildirib ki, tədqiqatlar nəticəsində aydın oldu ki, bir yerdə sıx böyüyən bitkilər insan sağlamlığı üçün çox vacibdir: “Yay mövsümü ilə əlaqədar olaraq xüsusilə qarpız üzərində araşdırma apardıq. Həm dadına, həm də sərinləndirici xüsusiyyətinə görə bir çox insanın ləzzətlə yediyi qarpızın bədənin elektrolit balansını da qoruduğunu aşkar etdik. Həkimlər tərəfindən qadağan olunmadığı təqdirdə hər kəsə yay mövsümündə bol-bol qarpız qəbul etməyi tövsiyə edirik”.

Hakan Başlık qeyd edib ki, qarpızın faydaları sayıla bilməyəcək qədər çoxdur və tərkibindəki komponentlər bir çox sağlamlıq problemini aradan qaldırmağa kömək edir: “Qarpızda likopen, beta-karoten və C vitamini kimi güclü antioksidanlar var. Bu komponentlər bədəni qoruyur. Sərbəst radikalların səbəb olduğu hüceyrə ziyanını və xərçəngi önləyərək, eyni zamanda, ürək xəstəliyi kimi xroniki xəstəliklərə tutulma riskini azaldır.

Qarpızın 92 faizi sudan ibarətdir ki, bu da onu mükəmməl hidratasiya mənbəyi edir. Xüsusilə isti yay aylarında bədənin su ehtiyacını ödəmək üçün idealdır. Bundan əlavə, qarpız bədənin maye balansını tənzimləməyə kömək edən potasyum kimi elektrolitlərə malikdir. Karpuzda sitrulin adlı bir amin turşusu var. İltihab əleyhinə xüsusiyyətlərə malikdir və əzələ ağrılarını azalda bilər”.

Mütəxəssisin sözlərinə görə, idmançılar arasında məşhur olan qarpız şirəsi məşqdən sonra əzələlərin bərpasını sürətləndirə bilər. Qarpızın tərkibindəki yüksək su və elektrolitlərlə zəngin olması onu su-elektrolit balansının qorunmasında təsirli edir.   Xüsusilə kalium ürək sağlamlığı və əzələ funksiyaları üçün vacibdir. Qarpızın bu xüsusiyyətləri onu isti havalarda və intensiv fiziki işlərdən sonra orqanizmi balanslaşdırmaq üçün ideal meyvəyə çevirir.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
42
ikisahil.az

10Источники