RU

Regionİrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələri bəlli olub: Pezeşkian rəqibini üstələyir

İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, islahatçıların təmsilçisi Məsud Pezeşkian mühafizəkar rəqibi Səid Cəlilini üstələyir.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Tasnim” agentliyi məlumat yayıb.

“İndiyədək sayılmış səslərə görə, cənab Məsud Pezeşkian cənab Səid Cəlilini üstələyir, hesablama Pezeşkianın xeyrinə davam edir”, – agentlik qeyd edib.

Bununla belə, “Tasnim” sözügedən ilkin nəticələrin qeyri-rəsmi olduğunu, hesablamanın yekunlaşmadığını vurğulayıb.

“Rəsmi statistika bir neçə saat sonra elan olunacaq”, – agentlik diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
1
far.az

2Источники