RU

İRANIN YENİ PREZİDENTİ MƏSUD PEZEŞKİAN KİMDİR? - Həyatı və siyasi kariyerası (DOSYE)

İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəlilini məğlub edən Məsud Pezeşkian İranın 9-cu prezidenti olub. Seçki Qərargahından verilən rəsmi məlumata görə, sayılan 30,53 milyon bülletenin nəticələrinə əsasən, Pezeşkian 16,384 milyon səs toplayıb ki, bu da ümumi səslərin 53,6 faizi deməkdir. Pezeşkianın ikinci turdakı rəqibi Səid Cəlili isə 13,538 milyon (44,3%) səs toplayıb və ikinci olub.

"AzPolitika" İranın yeni prezidentinin DOSYE-sini təqdim edir:

Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Mahabad şəhərində türk ailəsində anadan olub. Pezeşkian özü də çıxışlarında tez-tez türk olduğunu xatırladan bir siyasətçidir. O, təbliğat prosesində İran mediasına verdiyi və sosial mediada geniş müzakirə olunan müsahibəsində deyib: “Mən türkəm. Anam da, atam da türkdür. Türklüyümlə fəxr edirəm. Mən evdə uşaqlarımla türkcə danışıram, farsca deyil”.

Soyadı farsca "həkimlər" mənasını verən Pezeşkian Təbriz Universitetinin məzunudur. 1973-cü ildə diplomunu aldıqdan sonra məcburi hərbi xidmətini yerinə yetirmək üçün Zabol şəhərinə köçüb. Bu dövrdə o, tibblə maraqlanmağa başlayıb. Xidmətini başa vurduqdan sonra doğma şəhərinə qayıdıb orada tibb məktəbinə daxil olub və ümumi tibb fakültəsini fərqlənmə diplomu ilə bitirib. Pezeşkian 1985-ci ildə təcrübəçi kursunu bitirib və tibb fakültəsində fiziologiyadan dərs deməyə başlayıb. O, 1980-1988-ci illərdə İran-İraq müharibəsində həm hərbçi, həm də həkim kimi xidmət edib. Müharibədən sonra Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yarımixtisas almışdır. Daha sonra ürək cərrahiyyəsi üzrə mütəxəssis oldu və 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru olub və beş il bu vəzifədə çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
azpolitika.info

2Источники