RU

Daşkənddən Şuşaya: Şavkat Mirziyoyevin Azərbaycan mədəniyyətinin beşiyinə səfəri

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Mətbuat Xidməti dövlət başçısının Şuşa səfəri ilə bağlı kadrlar paylaşıb.

"Prezident Şavkat Mirziyoyev qardaş Azərbaycanın Şuşa şəhərində aparılan quruculuq işləri ilə tanış olub", - deyə paylaşımda bildirilir.

Kadrlarda Özbəkistan liderinin Azərbaycan Prezidenti İlham Əliyev və qırğızıstanlı həmkarı Sadır Japarovla Şuşada salınan yaşayış kompleksi və Aşağı Gövhər Ağa məscidində gəzintiləri əks olunub.

Qeyd edək ki, Ş.Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Mənbə: oxu.az

Aqreqator
Избранный
107
oxu.az

1Источники