RU

Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb, İlham Əliyev tədbirdə iştirak edir

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Prezident İlham Əliyev tədbirdə iştirak edən TDT-nin dövlət və hökumət başçılarını qarşılayıb.

Azərbaycan liderinin təşəbbüsü ilə təşkil olunan sammitdə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş Naziri Viktor Orban iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
49
banker.az

10Источники