RU

Putinin Orbanla görüşündən çıxan nəticə: Ukrayna dövlətçiliyini tam məhv etmək… – ISW

Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşdən istifadə eib ki, danışıqlara qarşı çıxsın və müharibəni Ukrayna dövlətçiliyini məhv edəcək "tam" başa çatdırmağa hazır olduğunu göstərib.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Araşdırma İnstitutunun (ISW) şənbə günü, iyulun 6-da dərc olunan yeni hesabatında deyilir.

Qeyd olunur ki, Orbanla birgə mətbuat konfransında Putin hər hansı bir atəşkəsin danışıqlar yolu ilə əldə olunmasını açıq şəkildə rədd edib və bu danışıqlarda olan saxta "marağından" uzaqlaşıb. O bildirib ki, Rusiya ilə Ukrayna arasında razılaşma müvəqqəti atəşkəsə gətirib çıxarmamalıdır, çünki bu, "Ukraynaya yenidən qruplaşmaq və silahlanmağa imkan verəcək” və bunun əvəzində Rusiya müharibənin "tam” və "yekun” başa çatmasının tərəfdarıdır.
Analitiklər qeyd edirlər ki, Putin Ukrayna dövlətçiliyinin və kimliyinin məhv edilməsindən başqa heç nə ilə razılaşmaq istəmir.

O, hər hansı danışıqlara başlamazdan əvvəl Ukrayna ərazisinin və əhalisinin əhəmiyyətli hissəsinin Rusiya işğalına verilməsini və Ukraynanın kapitulyasiyasını tələb edir.

Bundan əlavə, mətbuat konfransı zamanı Putin müharibənin dayandırılması üçün ilkin şərt kimi Ukrayna qoşunlarının "Donbas və Novorossiya”dan tam çıxarılmasını istəyib.

ISW qeyd edir ki, Putin Ukrayna təslim olarsa, çox güman ki, demokratik yolla seçilmiş hökuməti devirəcək və onun yerinə rusiyayönlü hökumət və onun xoşuna gələn siyasi sistem gətirəcək.

Hesabata görə, Ukraynanın əks-hücum əməliyyatı və əməliyyat baxımından həssas ərazilərin azad edilməsi Putinin aqressiv müharibəsinin istənilən nəticəsinə olan ümidlərini sarsıtmağın ən təsirli yolu olaraq qalır.

Qeyd edək ki, Orban rəsmi olaraq iyulun 5-də Moskvaya gəlib.

O, Putinlə görüşüb və onunla Ukraynada "sülhə nail olmağın yollarını” müzakirə edib. Mətbuat konfransı zamanı Orban Kreml rejimi və Ukrayna hakimiyyətinin müharibənin dayandırılması ilə bağlı mövqelərinin "bir-birindən uzaq” olduğunu bildirib. O, həmçinin Putindən "Ukraynada müharibəni bitirməyin ən qısa yolunu” soruşmaq istədiyini söyləyib.

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Orbanın Moskvaya getməsi qərarı Ukrayna ilə razılaşma və ya razılıq olmadan qəbul edilib. Əlavə edilib ki, ədalətli dünyanı bərpa etməyin yeganə real yolu Sülh Formulu olaraq qalır.

Alpər
Избранный
129
50
qaynarinfo.az

10Источники