RU

Simonyana bir "məhvedici" cavab verən olmadı da...

Image

"Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan yenə Azərbaycanı şərləyib. Adam dayanmır. Addımbaşı vurur, bilməyənləri yanlışa soxur, yanıış bilənlərə əlavə ruh verir. "Ermənistan sazişin imzalanmasını gecikdirmir. Biz imzalamağa hazırıq.Top Azərbaycanın tərəfinfədir".

Bu fikirlər "Bakı xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyevin Facebook səhifəsindəki paylaşımında yer alıb. Politoloq yazır: "Baxırsız ? Guya elə bu dəqiqə Ermənistan saziş imzalaya bilər , ancaq  Azərbaycan istəmir və ya hazır deyil.

Bax burada üzərində iş getdiyini deyilən və 10 dəfə Bakı- Yerevan marşrutu üzrə ora - bura göndərilmiş saziş mətnini açıb dünyanın qabağına qoymaq və  bəyan etmək lazımdır ki, Ermənistan nəyə hazırdı, nəyə hazır deyil, nəyi imzalamaq ,nəyi imzalamamaq istəyir. Konstitusiyanı hələ dəyişməyibsinizsə , sülh imzalamağa necə hazır ola bilərsiniz? Dünyaya əyani göstərmək lazımdır ki, Ermənistanın Azərbaycan tərəfinə atdığı sülh " top" deyil, adicə pozucu ritorikadır.





Избранный
76
baki-xeber.com

1Источники