İyulun 15-dən 24-dək Ermənistanda Ermənistan və ABŞ hərbçilərinin iştirakı ilə “Qartal tərəfdaşlığı” təlimi keçiriləcək.
Bu barədə Respublika Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə iyulun 15-dən 24-dək Ermənistanda “Qartal tərəfdaşılığı - 2024” birgə erməni-amerikan təlimləri keçiriləcək. Təlimlərdə Kanzas ştatının milli qvardiyası iştirak edəcək. Təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatları əhatə edir”, - məlumatda bildirilir.
Qeyd edək ki, Ermənistan iki ildir Rusiyanın patronajlığı ilə keçirilən KTMT ərbi təlimlərində iştirakdan boyun qaçırır və bu, Kremldə hiddət doğurur.
Musavat.com