RU

Prezident: Gürcüstan-ABŞ hərbi təlimlərinin təxirə salınması ölkənin müdafiə qabiliyyətini təhdid edir

Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, “Noble Partner” Gürcüstan-ABŞ birgə hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salınması Gürcüstanın müdafiə qabiliyyətini təhdid edir.

“İki sahil” xəbər verir ki, jurnalistlərə bildirib ki, təlimlərin təxirə salınması Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığına zərər vurur: “Bütün bunlar isə ona görə baş verir ki, hökumətimiz dostlarının, düşmənlərinin harada olduğunu başa düşməyib”.

O, xəbərdarlıq edib ki, əgər ölkə özünü təcrid vəziyyətində, tərəfdaşsız görsə, sülh və ordunu gücləndirmək üçün heç bir resurs olmayacaq.

ABŞ Müdafiə Nazirliyi cümə günü elan edib ki, 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan “Noble Partner” birgə təlimi strateji münasibətlərin nəzərdən keçirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
ikisahil.az

1Источники