Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Portuqliya ilə əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında qələbə qazanan Fransa yığması 60 il əvvəlki antirekordunu təkrarlayıb.
“İki sahil” "Opta"ya istinadən xəbər verir ki, komanda bir yarışda ardıcıl 6-cı dəfə rəqiblərinə oyundan qol vura bilməyib. Fransa yığması yalnız 2 avtoqol və 1 penalti hesabına növbəti mərhələlərə adlayıb.
Bu da 60 il əvvəlki nəticənin təkrarı kimi tarixə düşüb.
Qeyd edək ki, Fransa yığması yarımfinalda İspaniya ilə qarşılaşacaq.