RU

Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin mühüm hissəsini təşkil edəcək - Kubanıçbek Ömüralıyev

Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin mühüm hissəsini təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev deyib.

O qeyd edib ki, nəqliyyat sahəsində mühüm işlər görülməlidir.

Bununla bağlı Ömüralıyev Asiya ilə Avropa arasında Orta Dəhlizinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan tərəfindən təklif olunmuş Zəngəzur dəhlizi layihəsi Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçərək nəqliyyat əlaqəsinin yaradılmasına yönəlib.


Bu layihə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatda əksini tapan sazişlərin icrası zamanı yaranıb.

Bu layihə 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış Üçtərəfli bəyanat nəticəsində ortaya çıxıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Избранный
59
50
ekologiya.az

10Источники