RU

Fernandeş Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar apara bilər

style='margin-bottom:10px;'>

“Mançester Yunayted” hücumameyilli yarımmüdafiəçi Brunu Fernandeş Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparmağa icazə verib.

QOL.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb. 29 yaşlı futbolçu ilə "Əl-Nasr" və "Əl-İttihad" klubları maraqlanır. Eyni zamanda, Fernandeşin özünün həmyerlisi Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ə keçmək variantına üstünlük verdiyi vurğulanır.

Ötən mövsüm portuqaliyalı futbolçu bütün turnirlərdə 48 matçda iştirak edib, 15 qol vurub, 13 qolun ötürməsini verib. Onun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

Избранный
58
1
teleqraf.com

2Источники