Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana geri qaytarılacaq.
APA-nın xəbərinə görə, bu barədə informasiya “Sputnik Armenia” vasitəsilə yayılıb.
Məlumatda Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Kirants və Açarkut kəndlərinə gedərək, yeni yolun tikintisi ilə tanış olduğu bildirilib.
O da vurğulanıb ki, Ermənistandan Gürcüstana istiqamətlənən yoldakı körpü sərhəd delimitasiyası prosesində Azərbaycana veriləcəyi üçün ərazidə yeni yol qovşağı tikilir.