RU

"Çelsi" iki müdafiəçi ilə razılaşıb

"Çelsi" yaxın vaxtlarda iki müdafiəçi ilə güclənməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O  “zadəganlar”ın “Boka Xuniors”un 19 yaşlı argentinalı müdafiəçisi Aaron Anselminonun və "Bazel"in müdafiəçisi Renato Veyqanın transferi ilə bağlı razılığa gəldiyini qeyd edib.

Transfermarkt-ın məlumatına görə, Anselmino və Veyqa üç milyon avro dəyərindədir. Xatırladaq ki, “Çelsi” ötən mövsümü 38 turda 63 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı pillədə başa vurmuşdu. Premyer Liqanın yeni püşkatma mərasiminin ilk turu çərçivəsində "Çelsi" doğma meydanda "Mançester Siti" ilə qarşılaşacaq. Görüş avqustun 18-də baş tutacaq.

Избранный
98
90deqiqe.az

1Источники