RU

“Mançester Yunayted”dən Fernandeşə yaşıl işıq

“Mançester Yunayted” Bruno Fernandeşin Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparmasına icazə verib.

İdman.biz xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi “Əl-Nəsr” və “Əl-İttihad”ın maraq dairəsinə düşüb. Bəzi məlumatlara görə Bruno Kriştiano Ronadonun çıxış etdiyi “Əl-Nəsr”ə keçmək arzusundadır. Onun transfer qiyməti 70 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Portuqaliya yığmasının futbolçusu 2023/2024 mövsümündə 48 oyunda 15 qol və 13 ötürmə ilə yadda qalıb. Onun “Mançester Yunayted”lə 2026-cı ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Избранный
76
27
idman.biz

10Источники