RU

Harri Keyn: “Almaniyada ot örtükləri keyfiyyətsizdir”

İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn AÇ-2024-ün İsveçrə yığması ilə 1/4 final oyunu ərəfəsində həyəcan təbili çalıb.

Arena.az “Evening Standard” dərgisinə istinadən məlumat verir ki, “Bayern”in ingilis hücumçusunu AÇ-2024-ün keçirildiyi Almaniya stadionlarının ot örtüklərinin keyfiyyəti qane etmir.

Keyn bu barədə yığma komanda yoldaşlarını xəbərdar edib:

“Bu, yarışdan əvvəl uşaqlarla müzakirə etdiyim bir mövzudur. Premyer Liqa ilə müqayisədə meydanların keyfiyyəti ötən mövsüm “Bayern”də oynayarkən əldə etdiyim gözlənilməzliklərdən biridir.

Amma bu məsələ mənim səlahiyyətimdə deyil. Mən heç kəsi aşağılamıram, hər kəs öz işinin icrasına ən yaxşı surətdə çalışır. Meydanların keyfiyyətinə cavabdeh olanlar mümkün olan hər şeyi etməyə çalışırlar. Bu və ya digər səbəbdən meydanlar digər yarışlarda və ya liqalarda gördüyümüz keyfiyyətə müvafiq deyil”, deyə Harri Keyn məsələyə nöqtə qoyub.

Xatırladaq ki, Avropa çempionatının 1/4 final mərhələsinin İngiltərə – İsveçrə oyunu bu gün, iyulun 6-da Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
arena.az

1Источники