RU

İki klubun yığmanın müdafiəçisindən imtina səbəbi məlum oldu

Rüfət Əhmədovun yeni mövsümə “Turan Tovuz”da başlayacağını məlumat vermişdik.

“Qəbələ”yə məxsus müdafiəçi artıq bölgə klubunun heyətinə qoşulub.

Əslində 21 yaşlı arxa xətt oyunçusunun xidmətində daha əvvəl “Kəpəz” və “Şamaxı” maraqlı idi.

Hətta adıçəkilən klublar onun üçün qarşı tərəfə müraciət etmişdi.

Amma Əhmədov yekunda “Turan”a getməyi seçdi.

Bu da səbəbsiz deyil.

“Qəbələ” Rüfətə görə qapısını döyən müştərilərdən təzminat istəyib.

Tələb olunan məbləğ isə 60 min manat olub.

Məhz bundan sonra “Kəpəz” və “Şamaxı” onun transferindən imtina edib.

Tovuz təmsilçisi isə tələb olunan məbləği ödəyərək gənclər millimizin üzvünü heyətinə qatıb.

“Qəbələ”nin yetirməsi arxada qalan mövsümü “Kəpəz”də keçirib.

O, burada forma geyindiyi 23 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
92
sportinfo.az

1Источники