RU

"İnter" polşalı forvardla gücləndi

"İnter" klubu polşalı forvard Piotr Zielinskini transfer edib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  30 yaşlı hücumçu "neradzurri" ilə 2028-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb.

Zielinski "Napoli" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi "İnter"ə keçib.

Polşalı futbolçu Neapol klubunda səkkiz mövsüm oynayıb. Bu müddət ərzində Zielinski 364 rəsmi oyun keçirib, bu oyunda 51 qol vurub və tərəfdaşlarına 46 məhsuldar ötürmə verib. Xatırladaq ki, “İnter” ötən mövsüm inamla İtaliya çempionu olub. Simone İnzaqinin komandası növbəti mövsümdə yenidən Çempionlar Liqasında mübarizə aparacaq

Избранный
114
90deqiqe.az

1Источники