RU

"Biz daha yaxşısına layiq idik"- Ronaldo

Futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo millimiz 2024-cü il Avropa çempionatını tərk etdikdən sonra azarkeşlər qarşısında çıxış edib.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı ulduz futbolçu sosial şəbəkələr hesabında bunları yazıb.

“Biz daha çox istəyirdik. Biz daha yaxşısına layiq idik. Bizim üçün. Hər biriniz üçün. Portuqaliya üçün. Bizə verdiyiniz hər şeyə və indiyə qədər əldə etdiyimiz hər şeyə görə minnətdarıq. İnanıram ki, bu irs həm meydanda, həm də kənarda hörmətlə qarşılanacaq. Birlikdə”

Xatırladaq ki, dünən, iyulun 5-də Avro-2024-ün 1/4 finalında portuqaliyalılar Fransaya uduzublar (0 :0, 3:5 pen.) .

Əlavə edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 130 qol vurub, 47 məhsuldar ötürmə edib. Bu görüşlərdə hücumçu 31 sarı vərəqə alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
90deqiqe.az

1Источники